Antonun komandası evdə qazandı
03.03.2025 , 10:45

Cənubi Koreya çempionatında 3-cü turun oyunları keçirilib.
Korner.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyukun çıxış etdiyi “Daejeon”evdə “Suvon”la qarşılaşıb
Görüş Antonun komandasının 1:0 hesablı qələbəsi ilə bitib.
Matça start heyətdə meydana çıxan Krivotsyuk oyunda sona qədər iştirak edib.
