Anton üçün 90 dəqiqə və məğlubiyyət
30.04.2023 , 20:25
Futbol üzrə Cənubi Koreya çempionatında 10-cu turun oyunları keçirilib.
Korner..az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Anton Krivotsyukun komandası “Daejeon” doğma meydanda “Jeju Yunayted”ə uduzub – 0:3.
Anton da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.
“Daejeon” hazırda 17 xalla 4-cü pillədə qərarlaşıb.