Anton üçün 61 dəqiqə və qələbə
23.09.2023 , 15:47
Azərbaycan millisinin üzvü Anton Krivotsyukun formasını geyindiyi “Tecon” Cənubi Koreya çempionatında növbəti oyununa çıxıb.
Korner.az xəbər verir ki, sözügedən komanda XXXI turda “Suvon”la qarşılaşıb. Görüş “Tecon”un qələbəsiylə başa çatıb – 3:1.
Anton bu görüşün iştirakçısı olub. Start heyətdə meydana çıxan müdafiəçi 61-ci dəqiqədə əvəzlənib.
“Tecon” çempionatda 31 turdan sonra 41 xalla 8-ci sıradadır.