Anton oynamadı, komandası məğlub oldu
02.05.2022 , 13:17
Futbolpress.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyukun formasını geyindiyi “Visla” da növbəti matçına çıxıb.
Plotsk təmsilçisi səfərdə “Termalika” ilə qarşılaşıb. Antonun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:1.
Krivotsyuk bu görüşün iştirakçısı olmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.
Plotsk “Visla”sı 31 turdan sonra 45 xalla 18 kollektiv arasında 6-cı pillədə qərarlaşıb.