Anton Krivotsyuk sabahkı oyun barədə danışdı
12.11.2025 , 21:30
Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyuk DÇ-2026-nın seçmə mərhələsində Bakıda İslandiya ilə keçiriləcək oyundan öncə təşkil olunan mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
Korner.az xəbər verir ki, futbolçu bildirib:
“Rəqibimiz güclüdür və onları diqqətlə təhlil etmişik. Qarşıda çətin oyun var, amma biz yaxşı hazırlaşmışıq və sabah meydana çıxanda maksimum nəticə göstərmək istəyirik. Ayxan Abbasovun gəlişindən sonra komandamızın vəziyyətində böyük dəyişiklik olmayıb, lakin hər kəs görür ki, yaxşı kollektivimiz var. Əsas məsələ qələbə qazanmaqdır və bunu sübut etməliyik”.
Azərbaycan – İslandiya matçı sabah 8-ci km qəsəbə stadionunda saat 21:00-da start götürəcək.