“Antalyaspor”da yeni baş məşqçi
11.11.2020 , 20:42

“Antalyaspor”un yeni baş məşqçisi müəyyənləşib.
Korner.az xəbər verir ki, Super Liqa təmsilçisini bundan sonra Ersun Yanal çalışdıracaq.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 59 yaşlı mütəxəssislə 3.5 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Ersun Yanal bu postda istefaya göndərilmiş Tamer Tunanı əvəzləyib.
