“Antalyaspor”da sürpriz ayrılıq
02.05.2023 , 12:53

Ötən mövsümün fasiləsində “Antalyaspor”a transfer olunan Fernando Martins klubla yollarını ayıracaq.
Korner.az xəbər verir ki, 31 yaşlı futbolçu ilə “Flamenqo” maraqlanır.
Braziliya klubu Fernandonun sərbəst buraxılması üçün müqavilədəki 1,5 milyon avronu ödəməklə transferi tamamlayacağı gözlənilir.
Tərəflərin razılığa gəldiyi, transferin mövsümün sonuna kimi reallaşacağı bildirilir.
Fernando bu mövsüm 26 oyuna çıxıb və 5 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
