“Milan”ın müdafiəçisi Aleks Da Kosta karyerasını Türkiyə Superliqasında davam etdirə bilər.
Korner.az-ın məlumatına görə, 33 yaşlı futbolçunu “Antalyaspor” transfer etmək istəyir.
“Milan” Alekslə vidalaşmağa hazırdı. Keçidin rəsmiləşməsi üçün Antalya klubu braziliyalı futbolçunun özü ilə razılığa gəlməlidir.
Qeyd edək ki, Aleksin “Milan”la müqaviləsi gələn yay başa çatır.
