“Antalyaspor” Erol Bulutla razılığa gəldi
10.10.2025 , 18:16
“Antalyaspor”un yeni baş məşqçisi müəyyənləşib.
Korner.az xəbər verir ki, komandanın sükanı arxasına Erol Bulut keçəcək.
Türkiyə mətbuatı yazır ki, 50 yaşlı mütəxəssislə ilkin razılıq əldə olunub və tərəflər 2 illik müqavilə imzalamağa hazırlaşır.
Xatırladaq ki, “Antalyaspor” bir müddət öncə Emre Belözoğlu ilə yollarını ayırmışdı. Erol Bulut son olaraq İngiltərə klubu “Kardiff Siti”də çalışıb.