“Antalyaspor” bu futbolçunu transfer edir
22.08.2023 , 13:47

“Antalyaspor” heyətinə yeni futbolçu cəlb edə bilər.
Korner.az xəbər verir ki, klub “Yuventus”un 28 yaşlı cinah hücumçusu Marko Pyaça ilə maraqlanır.
Bu barədə İtaliya mətbuatı məlumat yayıb. Tərəflər arasında danışıqların olduğu bildirilir.
