“Antalyaspor” Belözoğlunun təyinatını rəsmən açıqladı
14.01.2025 , 20:46

“Antalyaspor” Emre Belözoğlunun təyinatını rəsmən açıqlayıb.
Korner.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
44 yaşlı türkiyəli mütəxəssislə 2026-cı ilin yayına kimi müqavilə imzalanıb.
O, bu postda ötən gün istefaya göndərilən Aleks de Souzanı əvəzləyib.
