“Antalyaspor” baş məşqçisi ilə yolları ayırdı
29.10.2020 , 19:28

“Antalyaspor” baş məşqçisi Tamer Tuna ilə yollarını ayırıb.
Korner.az xəbər verir ki, bu barədə Super Liqa klubunun rəsmi saytı məlumat yayıb.
44 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, Tamer Tuna bu ilin yanvarından “Antalyaspor”da çalışırdı.
