Ansu Fati klubunu dəyişir?
19.02.2026 , 18:00
“Barselona”nın hücumçusu Ansu Fati İngiltərə Premyer Liqasına Qayıda Bilər
Korner.az xəbər verir ki, ispaniyalı futbolçunun transferində “Nottingem Forest” maraqlıdır. “Meşəçilər” Fati üçün 15 milyon avro təklif etməyə hazırdır.
Hazırda icarə əsasında “Monako”da çıxış edən Fati, mövsümün sonuna qədər bu komandada oynayacaq. Monako onu daimi transfer etmək hüququna sahibdir. O, daha əvvəl Premyer Liqada “Brayton”un formasını geyinib.
“Barselona”nın yetirməsi olan Fati ilə müqavilənin müddəti 30 iyun 2028-ci ilə qədərdir. Cari mövsümdə o, bütün turnirlərdə 19 oyuna çıxıb və 8 qol vurub.