Ansu Fati “Beşiktaş”a keçir?
29.01.2025 , 15:55

“Barselona”nın ulduzu Ansu Fati yeni transfer xəbəri ilə gündəmə düşüb.
Korner.az xəbər verir ki, “Beşiktaş” gənc futbolçunu heyətinə cəlb etmək istəyir.
Belə ki, “qartallar” 22 yaşlı oyunçunu icarəyə götürməyi planlaşdırır.
İstanbul klubunun La Liqa nəhəngi ilə danışıqlara başladığı iddia olunur.
