Ansu Fati “Barselona”dan ayrılır?
10.04.2025 , 13:30

“Barselona”dan ayrılacağı gözlənilən Ansu Fatinin yeni ünvanı məlum olub.
Korner.az xəbər verir ki, gənc oyunçu karyerasını La Liqada davam etdirəcək.
Bu barədə “Fichajes” məlumat yayıb.
Xəbərdə, “Jirona”nın yayda Ansu Fatini heyətinə qatmaq istədiyi bildirilib.
Bundan başqa 22 yaşlı futbolçunun xidmətində “Sevilya” və “Valensiya” kimi klublar da maraqlıdır.
