Ansi Aqolli XVIII turun ən yaxşısı seçilib
27.02.2019 , 16:23

“InStat”ın təhlilinə əsasən Topaz Premyer Liqasının 2018/2019-cu illər mövsümünün XVIII turunun ən yaxşı futbolçusu məlum olub. Bu, “Qarabağ”ın müdafiəçisi Ansi Aqollidir. 36 yaşlı alban oyunçu “Sabaha”a qarşı görüşdə 90 dəqiqə meydanda olub. Araşdırmalara əsasən Ansi Aqolli turun ən yaxşı indeksə malik futbolçusudur.
