"Qarabağ"ın albaniyalı müdafiəçisi Ansi Aqolli komandanın düşərgəsinə qayıdıb.
Korner.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, müdafiəçi əməliyyatdan sonra xüsusi maska ilə məşq edir.
Qeyd edək ki, futbolçu "Xəzər Lənkəran"la keçirilən oyunda zədələnib və almacıq sümüyündən əməliyyat olunub.
Ansi Aqollinin ölkə çempionatının XIII turu çərçivəsində keçiriləcək "Qarabağ – "Simurq" matçında oynayacağı sual altındadır.
