“Arsenal”ın baş məşqçisi Arsen Venqer bu dəfə də klubun fransız hücumçusu Olivye Jirunun tərəfini saxlayıb.
Korner.az-ın məlumatına görə, təcrübəli çalışdırıcı “SkySports”un mütəxəssisi Tyeri Anrinin Jiru haqda dediyini yanlış olduğunu bildirib:
“Düşünürəm ki, Anri bu mövzuda qətiyyən haqlı deyil. O sözləri deməklə yanlışlığa yol verib. Anrinin Jiru haqda dediyini van Persi və Anelka haqda da deyirdilər, amma hamısı dünya səviyyəli hücumçu oldu. O, hazırda belə sözlərə görə pul alır. KİV orqanları həmişə qərəzli fikirləri yayımlayırlar. Vaxtilə o sözləri Anrinin özü haqda da deyirdilər, nəticə isə göz qabağındadı”
Xatırladaq ki, Fransa yığmasının keçmiş forvardı “Arsenal”ın Jiru kimi hücumçu ilə çempion ola bilməyəciyini bildirmişdi.
Goal.com
