İngiltərə Premyer Liqasında mübarizə aparan “Arsenal”ın sabiq oyunçusu Tyeri Anri Mesut Özil haqda danışıb.
Korner.az-ın məlumatına görə, fransalı bunları deyib:
“Bilirik ki, Mesut yaxşı futbol oynaya bilir. Keçən il onu çox təriflədim. Lakin bu il komnadaya xeyir verə bilmir”.
Mesut Özilin fanatı olduğunu söyləyən Tyeri: “Nəticədə mənim sabiq klubumda oynayır. Komandaların lider oyunçuları Özilin yanına gedib probleminin nə olduğunu soruşmalıdı. Əvvələr “Arsenal”da hər kəs bir-biri ilə danışırdı. Viltord, Edu, hətta Kanu da danışırdı. Yens Leman hər kəslə həmişə ünsiyyət qururdu”.
Sabiq oyunçu: “Mesut Özil günündədirsə, onu heç kim dayandıra bilməz. O, Dünya çempionudu. “Real”da (Madrid) və “Arsenal”da çoxlu kuboklar qazanıb. Mesut həmişə yaxşı oynamalıdı. Gah elə, gah belə olmaz”.
