“Arsenal”ın canlı əfsanəsi Tyerri Anri sevimli komandasının hazırkı durumundan danışıb.
Korner.az-ın məlumatına görə, fransalı veteran futbolçu London klubunun yayda mütləq heyəti gücləndirilməli olduğunu düşünür:
“Arsenal” Premyer Liqa çempionluğunu hədəfləyirsə, 4 ulduz futbolçu transfer etməlidi və komanda onların ətrafında birləşməlidi. Bir qapıçı, bir mərkəz müdafiəçisi, bir mərkəz yarımmüdafiəçisi və bir hücumçu transfer edilməlidi. “Çelsi”ni nümunə götürmək lazımdı. Onlar ötən mövsüm çempion ola bilmədilər və sonra Kurtua, Matiç, Fabreqas, Kostanı transfer edərək, indi arzularına çatırlar. Jiru yaxşı hücumçudu, amma onunla çempion olmaq mümkün deyil”.
