Anri baş məşqçiliyə başlayır
23.07.2018 , 11:13

Fransa millisinin sabiq futbolçusu Tyerri Anri baş məşqçi olmağa hazırlaşır.
41 yaşlı mütəxəssis iki mövsüm öncə Premyer Liqa ilə vidalaşan “Aston Villa”nın “sükanı arxası”na keçəcək. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.
Qeyd edək ki, Anri hazırda Belçika millisinin baş məşqçi Roberto Martinesin köməkçisidir. O, 2012-ci ildə futbolçu karyerasını bitirmişdi.
