Anna Başta Paris olimpiadasına qələbə ilə başladı!
29.07.2024 , 13:11
Bu gün Azərbaycan qılıncoynadanı Anna Başta Paris-2024 Yay Olimpiya Oyunlarında ilk matçına çıxıb.
Korner.az xəbər verir ki, ilk görüşündə Çin təmsilçisi Yang Hengyu ilə qarşılaşan sablyaçımız rəqibini 15:9 hesabı ilə məğlub edərək ən güclü 16-lığa yüksəlib.
Təmsilçimizin 1/8 finalda rəqibi Ukrayna qılıncoynadanı Olqa Xarlan olacaq. Görüş Bakı vaxtı ilə saat 16:05 başlayacaq.