“Ankaraspor” “Qarabağ”ın və “Neftçi”nin sabiq məşqçisinə tapşırıldı
17.12.2020 , 11:07
“Qarabağ” və “Neftçi”də də işləmiş Mehmet Ak bundan sonra “Ankaraspor”un uğurları üçün çalışacaq.
Korner.az-ın məlumatına görə, TFF 1-ci liqa klubu Mustafa Özeri istefaya göndərdikdən dərhal sonra Mehmet Akı bu vəzifəyə təyin edib.
38 yaşlı mütəxəssislə müqavilənin müddəti açıqlanmayıb. Ona Hasan Vural, Bahaddin Türkarslan, Volkan Arat, Ahmet Özdemir və Habip Anapalın kömək edəcəyi bildirilib.