“Ankaragücü” yeni baş məşqçisini açıqladı
11.02.2025 , 18:45

Renat Dadaşovun formasını geyindiyi “Ankaragücü”nün yeni baş məşqçisi məlum olub.
Korner.az xəbər verir ki, I Liqa təmsilçisi Mustafa Dalcıya tapşırılıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
51 yaşlı mütəxəssislə mövsümün sonuna qədər müqavilə imzalanıb.
