Ötən gün Ankarada baş vermiş terror hadisəsi zamanı ölənlər arasında idmançı da olub.
Korner.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, partlayış nəticəsində "Altınəl" İdman Klubunun basketbol komandasının kapitanı Dorukhan Yusuf Özdəmir də dünyasını dəyişib.
Türkiyə Basketbol Federasiyası bununla bağlı idmançının ailəsinə başsağlığı verib.
Qeyd edək ki, terror hadisəsi nəticəsində "Qalatasaray"ın futbolçusu Umut Bulutun atası da ölüb.
