Rusiyanın "Anji" klubu transfer bazarında hər kəsi şoka salmaqda davam edir. Korner.az-ın məlumatına görə, Mahaçkala təmsilçisi indi də Madridin "Atletiko" klubunun türk futbolçusu Arda üçün fantastik bir təklif edib. Rusiya və İspaniya mətbuatının yaydığı xəbərə görə, "Anji" Türkiyə millisinində formasını geyinən Arda üçün 5 milyon avroluq bir təklif ilə Madrid təmsilçisinə müraciət edəcək.
Qeyd edək ki, "Qalatasaray"dan "Atletiko"ya (Madrid) transfer olunan Arda Turanın ispaniyalılar ilə 2015-ə kimi müqaviləsi var.
