“Anje”dən “Vulverhempton”a
07.10.2020 , 20:33

“Vulverhempton” heyətini yeni futbolçu ilə gücləndirib.
Korner.az xəbər verir ki, Premyer Liqa təmsilçisi “Anje”nin müdafiəçisi Rayan Ait Nurini icarəyə götürüb.
19 yaşlı futbolçu mövsümün sonuna qədər İngiltərə klubunun uğurları üçün çalışacaq.
“Anje”nin yetirməsi olan futbolçu 2016-cı ildən bu klubdadır.
