Sabiq futbolçu Nikolas Anelka Hollandiyanın 1-ci Liqasında mübarizə aparan “Roda” klubunun məsləhətçisi olub.
Korner.az-ın məlumatına görə, fransız sabiq futbolçu bundan sonra holland klubunun futbol akademiyası üçün çalışacaq.
Son olaraq Hindistanın “Mumbai Siti” klubunun şərəfini qorumuş Anelka karyerası ərzində PSJ, “Arsenal”, “Real” (Madrid), “Liverpul”, “Mançester Siti”, “Fənərbağça”, “Çelsi” və “Yuventus” kimi klublarda çıxış edib.
Xatırladaq ki, Hollandiya 1-ci Liqasında 17-ci sırada qərarlaşan “Roda” klubu 20 turdan sonra 2 dəfə qələbə qazana bilib.
