“Real” (Madrid), “Yuventus” və “Çelsi” kimi nəhənglərin keçmiş futbolçusu Nikola Anelka karyerasını Hindistanda davam etdirə bilər.
Korner.az-ın məlumatına görə, azad agent statusuna sahib fransalı hücumçu bu ölkənin “Pune” klubu ilə danışıqlar aparır.
“Pune” Hindistan çempionatının ötən mövsümünü 7-ci pillədə başa vurub.
Anelkanın sonuncu klubu “Vest Bromviç” olub.
