Andrey Lunin üçün “Qalatasaray” variantı
29.04.2025 , 23:45

“Real”ın qolkiperi Andrey Lunin karyerasını Türkiyədə davam etdirə bilər.
Korner.az xəbər verir ki, ukraynalı qapıçı “Qalatasaray”ın transfer hədəfinə düşüb.
Bu barədə İspaniya mətbuatı məlumat yayıb.
Luninin Madrid klubu ilə hazırkı müqaviləsinin müddəti 2030-cu ilə qədərdir. Onun bazar dəyəri isə 20 milyon avro olaraq qiymətləndirilir.
