Andradenin qolu 3-cü oldu
17.02.2023 , 18:47

“Qarabağ”ın futbolçusu Leandro Andradenin Konfrans Liqasının pley-off mərhələsinin ilk matçında “Gent”in qapısına vurduğu qol turnirdə həftənin ən yaxşı qolları arasında 3-cü olub.
Korner.az xəbər verir ki, bu barədə Konfrans Liqasının rəsmi sosial şəbəkə hesablarında paylaşım edilib.
Həftənin ən yaxşı qolu “Latsio”nun futbolçusu Çiro İmmobilenin ÇFR-ə vurduğu qol olub. “Fiorentina”dan Artur Kabralın “Braqa”ya vurduğu qol 2-ci seçilib.
Andradenin qolu isə 3-cü olub.
