Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi olmuş Belçikanın “Anderlext” klubunun qapıçısı Silvio Proto yerli mətbuata açıqlama verib.
Korner.az-ın məlumatına görə, bu gün 1/16 final mərhələsində Yunanıstan “Olimpiakos”la qarşılaşacaq belçikalıların kapitanı bu mövsüm yalnız “Qarabağ”a 0:1 hesabı ilə uduzduqları oyunda zəif oynadıqlarını bildirib:
“Biz “Olimpiakos”u mübarizədən kənarlaşdıra bilərik. Bu mövsüm Avropa Liqasında yaxşı çıxış etmişik. Fikrimcə, yalnız “Qarabağ”a Bakıda 0:1 uduzduğumuz oyunda zəif oynadıq. Biz rəqibdən qorxmuruq. Avroliqada uğur qazanmaq üçün şansımız var”.
