Sabah Avropa Liqası qrup mərhələsinin II turu çərçivəsində “Qarabağ” doğma meydanda Belçikanın “Anderlext” klubunu qəbul edəcək.
Korner.az-ın məlumatına görə, oyundan öncə Tofiq Bəhrəmov adına Respublika stadionunda mətbuat konfransı keçirilib
Konfransda “Anderlext”in baş məşqçisi Besnik Hasi matç haqda fikirlərini bölüşüb
“Oyun çox çətin olacaq. Artıq 5 oyun keçirmişik və cəmi bir məğlubiyyətimiz var. Avropa Liqası bir qədər fərqli olsa da, qələbə qazanmağa çalışacağıq. Öz futbolçularıma inam verməyə çalışıram. Prezident “Qarabağ”ın birinci divizion səviyyəsində komanda olduğunu desə də, düşünürəm ki bu belə deyil. “Qarabağ” güclü komandadı. Hazırda problemlərimiz var. Çox qol vəziyyəti yaratsaq da, yararlana bilmirik. Bunun üzərində işləyirik. Sevindirici haldır ki, qol vəziyyətlərimiz hər oyun çox olur. Düşünmürəm ki, vaxt amili bizə mənfi təsir göstərsin. Əvvəlki statistika bizim üçün önəmli deyil. Əsas sabahkı oyundu. Reynaldo, Kintana kimi futbolçular haqda da kifayət qədər məlumatımız var”
