Belçikanın “Anderlext” klubunun yeni baş məşqçisi bəlli olub.
Brüssel təmsilçisini “Gent”in sabiq baş məşqçisi Hayn Vanhazebruka çalışdıracaq. Onunla 3 illik müqavilə bağlanıb.
Vanhazebruk bu vəzifədə bir müddət əvvəl uğursuz nəticələrə görə istefaya göndərilən Rene Vayleri əvəz edib.
