29 may – 1 iyun tarixlərində 15 yaşadək futbolçulardan ibarət komandalar arasında baş tutacaq III Qəbələ Kuboku beynəlxalq turnirinin daha bir iştirakçısı bəlli olub.
Korner.az-ın məlumatına görə, “Fənərbaxça” (Türkiyə), “Lokomotiv” (Moskva, Rusiya), “Liverpul” (İngiltərə) və “Olimpik”in (Marsel, Fransa) ardından Belçikanın “Anderlext” klubu da turnirdə yer alacağını rəsmən təsdiqləyib. Bununla da III Qəbələ Kubokunda mübarizə aparacaq 8 komandadan 6-nın adı dəqiqləşib.
Qeyd edək ki, artıq ənənəyə çevrilən turnirin coğrafiyası ildən-ilə genişlənməkdədi. Bu ilki yarışda ilk dəfə olaraq İngiltərə, Fransa və Belçika təmsilçiləri yer alacaqlar. Buna qədər İspaniya, Hollandiya, Portuqaliya, Türkiyə, Danimarka, Rusiya, Serbiya və Ukrayna təmsilçiləri turnirdə çıxış etmişdilər.
