Ançelottinin yerinə Zerbi?
30.10.2023 , 12:31

“Brayton”un baş məşqçisi Roberto de Zerbi “Real”ın baş məşqçisi ola bilər.
Korner.az-ın məlumatına görə, bu barədə “Todofichajes”yazıb. Bildirilir ki, klub rəhbərliyi baş məşqçi Karlo Ançelottinin klubdan ayrılacağı təqdirdə Zerbini komandanın başına gətirə bilər.
Mətbuatda yer alan xəbərdlərdə qeyd olunur ki, Ançelotti Braziliya millisindən ciddi təklif alıb və onun mövsümün sonunda “sambaçı”lara rəhbə\rlik edəcəyi gözlənilir.
