Ançelottinin yerinə 3 namizəd – Alleqri, Qattuzo, Reya
10.12.2019 , 20:56

İtaliyanın “Napoli” klubu baş məşqçisi Karlo Ançelotti ilə yollarını ayıra bilər.
Korner.az xəbər verir ki, yerli mətbuat Ançelottinin əvəzinə üç namizədin adını açıqlayıb. Bunlar Massimiliano Alleqri, Cennaro Qattuzo və Edoardo Reyadır.
Alleqri və Qattuzo hazırda işsizdir, Reya isə Albaniya millisini çalışdırır.
