“Real”ın sabiq baş məşqçisi Karlo Ançelottinin istefaya göndərilməsi komandanın bəzi futbolçuları tərəfindən narazılıqla qarşılanıb.
Korner.az-ın məlumatına görə, Kriştiano Ronaldo, Marselo, Toni Kroos, Xames Rodriqes və Luko Modriç kimi aparıcı futbolçuları Madrid klubunun italiyalı mütəxəssilə bağlı verdiyi qərarının yanlış olduğunu düşünürlər.
Portuqaliyalı ulduz Ançelotti ilə yolların ayrılması ilə bağlı qərara belə münasibət bildirib:
“Ançelottinin istefaya göndərilməsi yanlış addım idi. Çox yaxşı baş məşqini itirdiyim üçün təəssüflənirəm”.
