“Real”ın baş məşqçisi Karlo Ançelotti Radamel Falkao ilə bağlı açıqlama verib.
Korner.az-ın məlumatına görə, italyan mütəxəssis kolumbiyalı ulduzu komandasında istəmədiyini bildirib.
“Marca”ya danışan Ançelotti adı uzun müddətdi “Real”la hallanan “Monako”nun ulduzu ilə bağlı danışıb: “Falkao hər nə qədər gözəl futbolçu olsa da, biz hazırkı hücumçularımızdan razıyıq. Onsuz da çox qol vururuq. Hazırda Falkaoya ehtiyacımız yoxdu”.
