Karlo Ançelotti gələcəyi haqda bir sıra məlumatlar verib.
Korner.az-ın məlumatına görə, o bunları deyib:
“Gələcəyim haqda qərar üçün gələn həftəni gözləməliyik. Mən futbolçulara bu mövsüm üçün təşəkkürümü bildirdim. Öz gələcəyim haqda isə qərar vermişəm: ya “Real”da qalıram , ya da bir illik istirahət götürürəm. Klubda qərar haqda rahat düşünürlər. Mən də tələsmirəm. Florentino Pereslə sonuncu dəfə çərşənbə axşamı görüşmüşəm”
