Karlo Ançelotti “Real”da çalışdığı dövrü xatırlayıb.
Korner.az-ın məlumatına görə, italiyalı mütəxəssis “Kral klubu”nu çalışdırdığı üçün şad
olduğunu söyləyib:
“Hesab edirəm ki, hər məşqçi həyatında 1 dəfə “Real”da işləməlidir. “Real” dünyanın ən nəhəng klublarından biridir. Bu klubda qazanılan təcrübə əvəzsizdir.
“Real”da baş verənlər başqa heç bir klubda yaşanmır. Klubun bütün dünyada möhtəşəm azarkeşləri var. Onlarla hər yerdə qarşılaşa bilərsən”.
