Ançelotti üçün Madridə gəldilər
21.04.2025 , 11:15

“Real”ın baş məşqçisi Karlo Ançelotti Braziliya millisini çalışdıra bilər.
Korner.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb.
Xəbərdə, federasiya rəsmilərinin danışıqlar aparmaq üçün Madridə gəldikləri bildirilib.
Təcrübəli mütəxəssisin yaxın zamanda La Liqa klubundan ayrılacağı gözlənilir.
