Ançelotti tarixə düşdü
10.05.2023 , 12:28

UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyununda “Real Madrid” “Mançester Siti” ilə 1:1 hesablı heç-heçə edib.
Korner.az xəbər verir ki, görüş meydan sahiblərinin baş məşqçisi Ançelotti üçün əlamətdar olub.
Belə ki, mütəxəssis Çempionlar Liqasında 190-cı oyununu keçirərək, turnir tarixində ən çox oyun keçirən məşqçi olub.
