Ançelotti: “Ronaldo ilə digərləri arasında fərq var
15.03.2019 , 10:10

“Napoli” klubunun çalışdırıcısı Karlo Ançelotti sabiq futbolçusu Kriştiano Ronaldo haqqında xoş sözlər söyləyib.
Ronaldonun tək başına “Atletiko” ilə görüşdə komandasını 1/4 finala daşıdığını deyən italiyalı mütəxəssis onu mükəmməl oyunçu adlandırıb.
“Ronaldo istənilən görüşün nəticəsini tək başına dəyişə bilən oyunçudur. Önəmli görüşlərdə özünü göstərə bilməyən oyunçular var. Bu. möhtəşəm oyunçu ilə möhtəşəm çempion arasındakı fərqdir.”
Qeyd edək ki, Karlo Ançelotti 2013-2015-ci illərdə “Real”ın çalışdırıcısı olub.
