“Real”ın baş məşqçisi Karlo Ançelotti, nəhayət ki, əsas qapıçı seçimini edib.
Korner.az-ın məlumatına görə, “papa Karlo”nun seçimi Kasilyasın xeyrinədi. Kosta rikalı qapıçı Keylor Navas isə kubokda forma geyinəcək.
Maraq üçün qeyd edək ki, Kasilyas klubun digər güclü qapıçısı Dieqo Lopesi də start heyət mübarizəsində məğlub etmiş və onun klubdan ayrılmasına şərait yaratmışdı.
