“Liverpul” Karlo Ançelotti ilə danışıqlara başlayıb.
Korner.az-ın məlumatına görə, 2012-ci ildən irland Brendan Rocersin çalışdırdığı klub iki mövsüm əvvəl son anda əldən verdiyi çempionluqdan sonra yaşadağı enişə son vermək istəyir.
Ötən mövsüm Premyer Liqanı 6-cı pillədə başa vuran “Liverpul” bu mövsüm 6 turda cəmi 8 хal toplayıb. Bu səbəbdən “qırmızılar” Rocerslə yollarını ayırmaq qərarına gəlib və Ançelotti ilə danışıqlar başlayıb.
