“Çelsi”nin keçmiş baş məşqçisi Karlo Ançelotti London klubunda işləyərkən bir futbolçuyla yola getmədiyini deyib.
Korner.az-ın məlumatına görə, Ançelotti həmin oyunçunun adını çəkməsə də, hətta onu öldürmək həddinə çatdığını söyləyib.
“Futbolçularla heç vaxt problemim olmayıb. Amma “Çelsi”də işləyəndə bir futbolçu var idi, mənə qarşı hörmətsizlik edirdi. Onu öldürmək istəyirdim, amma bu mümkün deyildi. Axı futbolçu klubun mülkiyyətidi. Ona görə də biz məşqçilər həmişə istədiyimizi hərəkət edə bilmirik”.
