İspaniya Peşəkar Futbol Liqası “Real Madrid”in çalışdırıcısı Karlo Ançelottini noyabr ayının ən yaxşı məşqçisi elan edib. Bununla da, italyan mütəxəsis ardıcıl 2-ci ay ən yaxşı məqşçi adını qazanıb.
Korner.az-ın məlumatına görə, “Real Madrid”in noyabrda hər 4 oyundan qələbə ilə ayrılması və 15 qol vurması Ançelottini bu uğura çatdırıb.
