Ançelotti Modriçin “Milan”dakı çıxışını yüksək qiymətləndirdi
03.11.2025 , 20:30
Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti Luka Modriçin “Milan”dakı performansını yüksək qiymətləndirib.
Korner.az xəbər verir ki, Ançelotti xorvatiyalı yarımmüdafiəçinin İtaliya klubuna transferini mükəmməl addım hesab edib:
“Modriçin uğuru məni təəccübləndirmir. O, “Real”da bir məşqi belə buraxmayıb. Yüksək genetik potensialı, doğru yanaşması, təcrübəsi və xarakteri sayəsində 40 yaşında da ən yaxşı yarımmüdafiəçilərdən biri kimi qalır. “Milan” üçün əla transferdir”.
Qeyd edək ki, Modriç “Real”da Ançelottinin rəhbərliyi altında oynayıb və hər ikisi bu ilin yayında Madrid klubundan ayrılıb. Həmçinin, 40 yaşlı futbolçu A Seriyasında ayın oyunçusu seçilib.