Ançelotti ilə uzunmüddətli əməkdaşlıq planlaşdırılır
28.11.2025 , 21:30
Braziliya Futbol Konfederasiyasının prezidenti Samir Haud milli komandanın baş məşqçisi Karlo Ançelotti ilə yeni müqavilə imzalama ehtimalına toxunub.
Korner.az xarici KİV-ə istinadən xəbər verir ki, Haud uzunmüddətli əməkdaşlıq qurmaq istədiyini bildirib:
“Ançelotti hər şeyin hər iki tərəfin razılığına bağlı olduğunu qeyd etdi. Mən inanıram ki, əməkdaşlığı uzun müddət davam etdirə biləcəyik və bunun üçün bütün şərait hazırdır.”
Hazırkı müqavilə 2026-cı ildə başa çatacaq, amma tərəflər əməkdaşlığı 2030-cu ilə qədər uzada bilərlər.
İtaliyalı mütəxəssis may ayında Braziliya millisinin baş məşqçisi təyin olunub və onun rəhbərliyi altında komanda 2026-cı il dünya çempionatına vəsiqə qazanıb.